Çeçenistanda qiyam: Qroznı Kiyev və Vaşinqton barmağını “tapdı”
Bizi izləyin

Dünya

Çeçenistanda qiyam: Qroznı Kiyev və Vaşinqton barmağını “tapdı”

Çeçenistan Respublikasında polislərin hicablı qızları və bir məktəbli oğlanı döyməsi insanları ayağa qaldırıb.

Publika.az “Kavkazskiy uzel” saytına istinadən xəbər verir ki, Açxoy-Martanovski rayonunun Zakan-Yurd kəndində baş vermiş hadisə ciddi etirazla qarşılanıb.

Kənd sakinləri və polis arasında ciddi qarşıdurmanın baş verdiyi bildirilir. Məlumata görə, gərginlik polislərin dünən kənd məktəbinin qarşısında 3 hicablı qızı döyməsi ilə başlanıb. Qızların yaşıdları onları qorumağa çalışıb və bundan sonra polislə əlbəyaxa dava başlayıb. Daha sonra isə onlarla gənc yerli polis bölməsini mühasirəyə alaraq hadisənin iştirakçılarının azad olunmasını tələb ediblər.

“Bəzi uşaqlar polisə qışqırırdılar ki, binadan çölə çıxsınlar və təkbətək dalaşsınlar, amma heç kəs çıxmadı. Sadəcə bir-birilərini söyürdülər. Cavan adamlar polis bölməsinin qapısına yaxınlaşmağa çalışdı, amma polislər avtomatlardan xəbərdarlıq atəşi açmağa başladılar”, - Musa adlı kənd sakini deyib.

Bundan daha əvvəl isə - mayın 27-də polislər 16 yaşlı məktəbli Adlan Astamirovu döyüblər. Məktəblinin burnu və çənəsi sındırılıb. Onun anası Çeçenistan prezidenti Ramzan Kadırova hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı xahiş edib.

Sözügedən hadisələrdən sonra kəndə respublika və yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi gəlib. Respublika rəhbərliyi polis və kənd əhalisi arasında baş verən münaqişəyə görə ABŞ və Ukrayna xüsusi xidmət orqanlarını ittiham edirlər. Kənd sakinlərinin özləri isə polislərin özbaşınalığından şikayətlənirlər.

Polislərlə münaqişədə iştirak edənlərin qohumları onların cinayət təqibinə məruz qalacağından ehtiyat edirlər.

Musanın sözlərinə görə, kənddə vəziyyət gərgindir və insanlar polislərin özbaşınalığından narazıdır.

Respublikanın qeyri-hökumət təşkilatlarından birinin rəhbəri “Kavkazskiy uzel” saytına bildirib ki, Zakan-Yurd kəndində baş verən hadisələr Çeçenistanın digər yaşayış məntəqələrində gənclərin etiraz çıxışlarına təkan verə bilər.

“Polisin özbaşınalığı hamını özündən çıxarıb. Əhalinin üzərinə yüklənilən qorxu və çarəsizlik atmosferi daha əvvəlki kimi nəticələr vermir”, - saytın həmsöhbəti söyləyib.

Qeyd edək ki, Rusiyada təhsil müəssisələrində hicabdan istifadə qanunla qadağandır. Amma Ramzan Kadırov bildirib ki, onun respublikasında heç kim qadınlara hicab geyməyi qadağan etmir, amma heç kəsə üzlərini gizlədərək vəhhabilərə oxşamağa da icazə verilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm