İŞİD HƏMAS-a ultimatum verdi
Bizi izləyin

Dünya

İŞİD HƏMAS-a ultimatum verdi

İŞİD HƏMAS-a öz tərəfdarlarının izlənilməsinin dayandırılması ilə bağlı ultimatum göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşieyted Press” agentliyi yayıb.

Agentliyin məlumatına görə, ultimatuma əsasən, HƏMAS-a iki gün vaxt verilib. Lakin İŞİD bu tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə nələr edəcəyini açıqlamayıb.

Qeyd edək ki, HƏMAS 2007-ci ildən Qəzzanı idarə edir. İslam qaydalarını əsas götürən bu təşkilat İrana yaxınlığı ilə seçilir. Təşkilat hazırda həddən artıq radikal islamçılığa meyl edən qurumları özünə təhlükə hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm