• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Soros Rusiyada əhalinin sayını necə azaldır? – ŞOK İDDİA

  • Dünya
  • 2 İyun 2015 23:10
  • 402 Baxış
Soros Rusiyada əhalinin sayını necə azaldır? – ŞOK İDDİA

Moskva patriarxatının bölmə rəisi, baş kahin Vsevolod Çaplin qeyri-qanuni abortları həyata keçirən klinikalara qarşı “müqəddəs müharibə” aparmağa çağırıb.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, kahin bu barədə İctimai Palatada keçirilən “Ailənin müdafiəsi və möhkəmləndirilməsi dövlət siyasətinin mərkəzində” adlı forumda bildirib.

Çaplinin fikrincə, özəl klinikalarda abortların həyata keçirilməsinə nəzarət maksimum gücləndirilməlidir. “Abortu məhdudlaşdıran qanunları pozanların tibb sahəsində yeri yoxdur. Bu müəssisələr bağlanmalı, onların rəhbərləri məsuliyyətə cəlb olunmalıdır”,- Çaplin deyib.

Baş kahin həmçinin vurğulayıb ki, Rusiyada əhalinin sayının azalması üzərində onilliklərlə işləyən bir sıra xarici təşkilatlar var: “Cənab Sorosla bağlı strukturlar bu istiqamətdə çox “aktiv” işləyirlər. BMT-nın Əhali Fondunun adını da çəkə bilərik”.

Çaplin Sorosla bağlı təşkilatların və BMT-nın Əhali Fondunun Rusiyada əhalinin azalmasına necə təsir etdiyini açıqlamayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR