Dünya
19 yaşlı tələbə qız İŞİD-ə qoşuldu - VİDEO/FOTO
Moskva Dövlət Universitetinin tələbəsi olan Varvara
Karaulova ailəsindən gizli Türkiyəyə qaçıb.
ANS PRESS-in məlumatına görə, valideynlər 19 yaşlı qızlarının
İŞİD-ə qoşulduğundan şübhələnirlər. Hazırda Moskva polisi
Varvaranın yox olmasını araşdırır. Qızın valideynləri hesab edirlər
ki, qızı ekstremistlər aldadıblar. Valideynlərin sözlərinə görə, 19
yaşlı qız həmişəki kimi universitetə oxumağa gedib, amma nəticədə
Türkiyədə peyda olub.
"Moskva Dövlət Universitetinə dünən 12:00-də dərsə getdi və indiyə
qədər qayıtmayıb. Detallar aydınlaşdı. Varya (Varvara -red)
Türkiyəyə apardılar. 28 mayda o İstambulda idi", -deyə sosial
şəbəkədə təşvişə düşmüş ata yazıb. Valideynlər qorxurlar ki, qız
Suriyaya və ya Liviyaya gedəcək.
"Varya çox xeyirxah və ünsiyyətcil qız idi. Çox yaxşı oxuyur, qızıl
medalla məktəbi bitirib. Bir neçə dil bilir. Mən bildiyim qədər, o
özünü tamamilə adi aparırdı. Onun evdən qaçması üçün heç bir şübhə
yox idi”, – deyə onun xalası Tatyana bildirib.
Karaulova Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinin 2
kursunda oxuyur və son zamanlar İslam və ərəbşünaslıqla
maraqlanırmış. Aydınlaşıb ki, qız özüylə İstambula götürdüyü hicabı
valideynlərdən gizlədirmiş.
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR