“Müsəlman qardaşlar” hərəkatının liderləri həbs olunub
Bizi izləyin

Dünya

“Müsəlman qardaşlar” hərəkatının liderləri həbs olunub

Misirin xüsusi xidmət orqanları ölkədə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının az qala iki il axtarışda olan iki yüksək vəzifəli üzvünü - hərəkatın rəhbər bürosunun üzvü Mahmud Qəzlanı və uzun illər “Müsəlman qardaşlar”ın müftisi olan Əbdülrəhman əl-Barrı həbs ediblər.

Onların ölkədə hərəkatın gizli fəaliyyətinə rəhbərlik etmələri ehtimal olunur. M.Qəzlan və Ə.əl-Barr ilə birlikdə onların iki köməkçisi də həbs olunub.

Onların həbs olunması haqqında məlumat Misir xüsusi xidmət orqanlarının “Ölkənin təhlükəsizlik qüvvələrinə, siyasətçilərinə və jurnalistlərinə münasibətdə düşmənçilik fəaliyyəti aparan islamçılar hərəkatının planının ifşa edilməsi” barədə bəyanatından bir neçə saat sonra yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm