Rus mafiyası oliqarxları necə idarə edib - TƏFƏRRÜAT
Bizi izləyin

Dünya

Rus mafiyası oliqarxları necə idarə edib - TƏFƏRRÜAT

İspaniya prokurorluğu uzun illər ərzində bu ölkədə kök salmış rus mafiyasına dair təhqiqatın nəticələrini ictimaiyyətə açıqlayıb.

Hələ 2008-ci ildə bu ölkədə xüsusi əməliyyatla həbs edilən, “Tambov qruplaşması”nın liderləri kimi tanınan Gennadi Petrov və Aleksandr Malışev İspaniya prokurorları tərəfindən Rusiya dövlətinə güclü təsir imkanları olan mafiya qurublar. Bu, dünyanın ən iri mafiya ittifaqı hesab edilir. Virtualaz.org-un xəbərinə görə, prokurorlar Petrovu və Malışevi uzun illər ərzində bütün dünya kriminal aləmini lərzəyə salan qan qardaşları adlandırır. Hesabata əsasən Gennadi Petrov İspaniyanı tərk etmədən faktiki olaraq Rusiyanı idarə edib. 500 səhifəlik “Petrovun işi” dosyesində onun bütün səviyyələrdə nüfuzlu Rusiya siyasətçiləri və oliqarxları ilə əlaqələrindən bəhs edilir. Uzun illər boyu dinlənilən telefon danışıqlarına və digər dəlillərə əsaslanan cinayət işində göstərilir ki, Rusiya nazirləri və prokurorları, hakimləri və qubernatorları, iri konsernlərin rəhbərləri, , güc strukturlarının generalları, oliqarxlar və bankirlər Petrova müraciətdə çox nəzakətli və hörmətli davranıblar, onu “lider”, “öndər” adlandırıblar.

Petrovun “tabeçiliyində” olanların sırasında keçmiş müdafiə naziri Anatoli Serdyukov, Dövlət Dumasının deputatı Anatoli Reznik, baş nazirin keçmiş müavini Viktor Zubkov və keçmiş regional inkişaf naziri Dmitri Kozak və s. yer alır. Onlar vəzifədə olarkən Petrovla sıx təmasda olublar. Siyahıda “Sberbank”ın indiki rəhbəri German Qref də yer alır. İspaniya polisi Gennadi Petrovu ilk dəfə 2006-cı ildə çirkli pulların yuyulması ittihamı ilə həbs edib. Ancaq girov əvəzində azadlığa buraxılıb. Növbəti həbs iki il sonra keçirilib. İspaniya polisinin “Troyka” adlanan əməliyyatı nəticəsində Petrov və Malışev yaxalanıb. Əməliyyatda 300-dən çox polis, vertolyotlar iştirak edib. Polis bildirib ki, 2 illik təhqiqat zamanı Petrov və Malışevin pul yumaq üçün istifadə etdikləri 500-dən çox bank hesabı aşkar olunub. Bu hesablarda 12 milyon avroya həbs qoyulub. Lakin “Troyka” əməliyyatı Petrov və Malışevib fəaliyyətinə son qoymaqla kifayətlənməyib eyni zamanda Rusiyanın siyasi, iqtisadi və məhkəmə sisteminə güclü təsir imkanları olan beynəlxalq cinayətkar sindikatı üzə çıxarıb. Məlum olub ki, Petrovun İspaniyada bazası olan beynəlxalq mafiyası Rusiya dövlətinin bütün qollarına sirayət edib.

Prokurorlar bildirir ki, keçmiş müdafiə naziri Serdyukovun Petrovun mafiyası ilə işgüzar əlaqələri hələ də qalır. Serdyukovun qaynatası, baş nazirin keçmiş müavini Viktor Zubkov bir sıra siyasi qərarların qəbuluna təsir edərək Petrovun mafiyasını himayə edib. Habelə Rusiya DİN-in Mərkəz federal dairəsi üzrə baş idarəsinin rəisi (hazırda başqa vəzifədədir) general Nikolay Aulov, DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Yuri Britikov, Rusiya prokurorluğunun yüksək vəzifəli əməkdaşı İqor Sobolevski və digərləri də mafiyanın qulluğunda olublar. Ən sensasion fakt isə budur ki, Rusiyanın İstintaq Komitəsinin sədri, general Aleksandr Bastrıkinin də Petrovun mafiyasının adamı olduğu üzə çıxıb.

Həmçinin Petrovun oliqarxlardan “EvrazHoldinq”in sahibi, “Professor” ləqəbli Aleksandr Abramov, Ural Dağ-Mədən Kombinatının sahibi, özbək əsilli milyarder İsgəndər Mahmudov, aliminium kralı Oleq Deripaska və digərləri ilə “işgüzar əlaqələri” təsbit edilib. İspaniya prokurorluğu rus mafiyasının bu ölkədə 1996-cı ildən kök saldığını bildirir. Hazırda mafiyanın 27 üzvünə ittiham irəli sürülüb, qalanlarının yeri məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm