Ruhani Qərbi təhdid etdi: “Terrorizm gec-tez sizə dönəcək”
Bizi izləyin

Dünya

Ruhani Qərbi təhdid etdi: “Terrorizm gec-tez sizə dönəcək”

İran prezidenti Həsən Ruhani ərəb ölkələri və Qərbi Suriya ilə bağlı siyasətdə “səhv hesablama” aparmaqda ittiham edib.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bir qrup suriyalı millət vəkili ilə görüşündə İranın sonuna qədər Suriya dövləti və xalqının arxasında olacağını bildirib.

“Təəssüf ki, bəzi ölkələr səhv hesablama apardılar. Onlar terrorçu qrupları dəstəkləyərək məqsədlərinə çatacaqlarını düşündülər. Amma bu səhv hesablama gec-tez onların özünə terrorizm şəklində geri dönəcək”, - Ruhani deyib.

İran prezidenti qeyd edib ki, ölkəni bir neçə ayda ələ keçirəcəyini düşünən Suriyanın düşmənlərinin planları da iflas olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm