Separatçılardan iddia: “O şəhəri tutduq”
Bizi izləyin

Dünya

Separatçılardan iddia: “O şəhəri tutduq”

“Donetsk Xalq Respublikası” separatçı qurumu Donetsk vilayətinin Marinka şəhərini tutduğunu açıqlayıb.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Facebook”dakı “Donetsk Xalq Respublikasının xəbərləri" səhifəsində deyilir.

“İndi bizə DXR-in döyüşçüsü Pavel Kuxmirovdan məlumat daxil oldu ki, DXR silahlı qüvvələrinin zərbəsi nəticəsində Marinka tamamilə azad edilib", - xəbərdə bildirilir.

Separatçıların bəyanatına əsasən Marinkanın üstündə “DXR” bayrağı qaldırılıb. Həmçinin bildirilir ki, separatçıların Krasnoqorovka və Kuraxovo istiqamətində hücumu davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm