Tehrandan İŞİD-ə “40 kilometr” xəbərdarlığı
Bizi izləyin

Dünya

Tehrandan İŞİD-ə “40 kilometr” xəbərdarlığı

İran Silahlı Qüvvələrinin Baş qərargah başçısı İŞİD terror təşkilatına xəbərdarlıq edib.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, Həsən Firuzabadi İŞİD-in İran sərhədlərinin 40 kilometrliyinə qədər yaxınlaşacağı halda təşkilatı məhv edəcəklərini bildirib.

Həsən Firuzabadi İŞİD-in İran sərhədlərinə yaxınlaşmağa cəsarət edə bilməyəcəyini də əlavə edib.

Bir neçə gün əvvəl də İranın daxili işlər naziri Abdulrza Rəhmani Fəzli İŞİD-in İran sərhədlərinin 50 kilometrliyində olduğunu, təşkilatın sərhədə yaxınlaşacağı halda müdaxilədə edəcəklərini bildirib. O, bu barədə İraq rəhbərliyinin də məlumatlandırıldığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm