ABŞ rus mühərriklərinin hazırlanması üçün tender elan etdi
Bizi izləyin

Dünya

ABŞ rus mühərriklərinin hazırlanması üçün tender elan etdi

ABŞ Hərbi-Hava Qüvvələrinin komandanlığı raket mühərriklərinin istehsalı ilə bağlı tender elan edib.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Raket-Kosmik Sistemləri Mərkəzinin rəhbəri, general-leytenant Samuel Qrivz bildirib.

Tenderin məqsədi kəşfiyyat peyklərində istifadə edilən Rusiyanın “RD-180” raket mühərriklərindən asılılığa son qoymaqdır. Samuel Qrivzin sözlərinə görə, proqram “özəl-dövlət əməkdaşlığı” şərtləri ilə həyata keçiriləcək. Hökumət sentyabr ayına kimi ilkin təkliflərə baxacaq. “Reuters” mühərriklərin hazırlanması üçün “United Launch Alliance” (ULA), həmçinin “SpaceX” və “Aerojet Rocketdyne Holdings Inc” şirkətlərinin iddiaçılar arasında olduğunu xəbər verib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2014-cü ilin dekabrında senator Con Makkeynin hazırladığı qərar layihəsini qəbul edib. Qərarda 2019-cu ilə qədər Rusiyanın “RD-180” raket mühərriklərindən tam imtinanı nəzərdə tutur. Yeni Amerika mühərriklərinin hazırlamasına 220 milyon dollar ayrılıb.

“Bloomberg” agentliyinin yazdığına görə, 2020-ci ildən sonra peyklərin ilk işə salınmasında ULA tərəfindən hazırlanan “Delta” və “SpaceX” şirkətinin istehsalı olan “Falcon 9v1.1” mühərriklərindən istifadə olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm