Deputatların karikaturasını çəkən qıza 12 il iş verildi - FOTOLAR
Bizi izləyin

Dünya

Deputatların karikaturasını çəkən qıza 12 il iş verildi - FOTOLAR

İranlı gənc rəssam parlament üzvlərinin karikaturasını çəkdiyi üçün 12 il 9 ay azadlıqdan məhrum edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı Atena Farxadani ölkənin parlament üzvlərini müxtəlif heyvan formasında çəkib. O, qadınların doğum sayına nəzarət və bəzi kontraseptik maddələrin qadağan olunması leyhinə səs verən parlament üzvlərini meymun və digər heyvan cildində təsvir edib.

Məhkəmənin qərarı ilə razılaşmayan Atenanın vəkili və ailə üzvləri hökmdən apelyasiya şikayəti verəcək.

Atena “şəkil vasitəsilə parlament üzvlərinin təhqir olunması” və həmçinin “sistemə qarşı təbliğatın aparılmasında” günahlandırılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm