Diktatordan daha bir vəhşilik
Bizi izləyin

Dünya

Diktatordan daha bir vəhşilik

Əzazilliyi ilə tanınan Şimali Koreya Respublikasının lideri Kim Çen In daha belə bir addım atıb.



Şimali Koreyada dini təbliğat apardığı iddia olunan 33 missioner edam edilib. Edam əmrini verən ölkə lideri Kim Çen In onları xristianlıq dinini yaymaqda günahlandırıb.



Dini təbliğat aparan həmin missionerlərin bu yolla Kim Çen In hakimiyyətini devirməyə təşəbbüs göstərdikləri, Cənubi Koreyadakı missionerlərlə əməkdaşlıq etdikləri və 500-ə yaxın yeraltı kilsənin inşası üçün gizlin şəkildə pul yığdıqları ortaya çıxıb.



Politoloqlar edam edilən şimali koreyalıların Kim Çen Inın tək qalmaq siyasətinin qurbanı olduğunu irəli sürüblər.



Xatırladaq ki, bir müddət əvvəl Şimali Koreya lideri Kim Çen In korrupsiya ittihamı ilə edama məhkum etdiyi əmisi Çang Son Txeki itlərə yedirtmiş və edam əmrləri verərkən onun içkili olduğu bildirilmişdi. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm