İtini tapana ev bağışlayacaq - FOTO
Bizi izləyin

Dünya

İtini tapana ev bağışlayacaq - FOTO

Çində itini itirən qadın heyvanı tapana öz evini hədiyyə edəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pekində yaşayan Lyu soyadlı 70 yaşlı qadın, evinin qarşısına itkin düşən iti haqqında elanı vurub.

Qadının evi 650 min dollar məbləğində qiymətləndirilir. Bu elandan sonra itin tapılması haqqında qadının evinə çoxsaylı zənglər daxil olub. Bəziləri itkin düşən itin əvəzinə başqa bir ev heyvanını qadına verməyə çalışıb.

Qadının yaxın qohumunun verdiyi məlumata görə, onlar yalan xəbərlərdən artıq boğaza yığılıb. Ona görə də, qadın itkin düşən itin axtarışlarını dayandırmalı olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm