Bəşər Əsəd İŞİD-ə necə kömək edir? - HESABAT
Bizi izləyin

Dünya

Bəşər Əsəd İŞİD-ə necə kömək edir? - HESABAT

Suriyanın Hələb vilayətinin şimalını ələ keçirməyə çalışan İŞİD terror təşkilatına Bəşər Əsəd rejimi kömək edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi tərəfindən açıqlanan hesabatda deyilir.

Hesabata görə, Suriyada Əsəd rejiminə bağlı ordu qüvvələri Hələbin şimalında yerləşməsi üçün İŞİD-ə kömək edir. Məlumata görə, İŞİD-in Hələbdə irəliləyişini asanlaşdırmaq üçün Suriya ordusunun hərbi təyyarələri Suriya müxalifətin mövqelərini bombalayır.

Hesabatda bildirilir ki, Suriya prezidenti Bəşər Əsəd terrorla mübarizədə legitimliyini itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm