Saakaşvili Ukraynanı satanların həbsinə başladı
Bizi izləyin

Dünya

Saakaşvili Ukraynanı satanların həbsinə başladı

dessa vilayətinin hərbi komissarı rüşvət aldığına görə həbs edilib.

Axar.az-ın məlumatına görə, bu barədə Ukrayna hərbi prokuroru Anatoli Matios açıqlama verib. Matios bildirib ki, Odessanın hərbi komissarı növbəti dəfə rüşvət alarkən yaxalanıb. O, rüşvətin məbləği barədə heç bir söz deməyib. Ukrayna hərbi prokurorunun sözlərinə görə, axtarış davam edir. Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili də bu haqda özünün Feysbuk səhifəsində yazıb. Qubernator bildirib ki, hərbi komissar səfərbərlikdən yayınanlardan 1700 dollar rüşvət alırmış:

"Bizim uşaqlarımız vuruşurlar, qan axıdırlar, ölkədə ədəbli insanlar orduda işləyirlər. Ancaq bəziləri ölkəni, vicdanlarını satırlar”, - Saakaşvili qeyd edib. Saakaşvili Prokurorluğu korrupsiyaya qarşı mübarizə aparmağa çağırıb: “Rüşvətxor məmurlar insanların yaşamasına problem yaradırlar. Onlar yerindəcə cəzalandırılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm