Latviya yeni prezidentini seçdi
Bizi izləyin

Dünya

Latviya yeni prezidentini seçdi

İyunun 3-də Latviya Seymi səs çoxluğu ilə Latviyanın Prezidentini seçib. “Yaşıllar” və Kəndlilər İttifaqı partiyasından (YKP) namizədliyi irəli sürülmüş Raymond Veyonis Latviya Prezidenti seçilib.

Seymin 55 deputatı R.Veyonisin lehinə, 42 deputatı isə əleyhinə səs verib. Raymond Veyonis beş turdan ibarət seçki marafonunun yekunlarına əsasən Prezident seçilib. Birinci mərhələ istisna olmaqla, marafonun hər mərhələsində bir namizəd ələnib.

Raymond Veyonis 1966-cı ildə Rusiyanın Pskov vilayətində anadan olub. Bir neçə hökumətdə ətraf mühiti mühafizə və regional inkişaf naziri olub. Latviya Universitetində biologiya üzrə magistr dərəcəsi alıb. 1 saylı Madona orta məktəbində biologiya müəllimi işləyib, Skulte limanı idarə heyətinin üzvü, iki çağırış Seymin deputatı olub.

Raymond Veyonis Prezident vəzifəsində Seymin tribunasından söylədiyi ilk nitqində deyib: “Ölkənin gələcəyinə qürurla baxmağa əsas var. Elə işləyəcəyəm ki, hamımız birlikdə komanda olaq. Latviyaya xidmət etmək şərəfdir!”.

İndiki dövlət başçısı Andris Berzinşin səlahiyyət müddəti iyulun 7-də bitir. Yəqin ki, həmin gün yeni seçilmiş Prezidentin andiçmə mərasimi olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm