Avropada miqrantlar istismar olunur
Bizi izləyin

Dünya

Avropada miqrantlar istismar olunur

Bu yaxınlarda müstəqillik qazanmış başqa dövlətlərə insan hüquqlarından tez-tez məsləhətlər verən Avropa özü bu günlərdə xoşagəlməz faktla qarşılaşıb.

Aİ-nin Əsas insan hüquqlarını müdafiə agentliyi (FRA) iyunun 2-də Avropa İttifaqının daxilində və xaricində miqrantların əməyindən istifadə məsələlərinə dair hesabatını açıqlayıb. Agentliyin məlumatına görə, Avropa İttifaqında xarici işçilərin istismarın qurbanı olmaq riski çox böyükdür. Məruzədə qeyd edilir ki, kənd təsərrüfatı, tikinti, qonaq biznesi, məişət xidmətlərinin göstərilməsi sahələrində, habelə zavodlarda istismar halları daha çox müşahidə edilir.

FRA-nın hesabatında deyilir: “İqtisadiyyatın müxtəlif sahələrində və coğrafi zonalarda əmək şərtlərinin pozulmasından şikayət edən bütün işçilər eyni vəziyyətdədirlər: əmək haqqının aşağı olması (bir saat üçün 1 avro və daha az), normalaşdırılmamış iş günü, yeddi günlük iş həftəsi, yaşayış şəraitinin pis olması, məzuniyyətin və ya xəstəlik vərəqəsinin verilməməsi”.

Agentlikdə qeyd edirlər ki, əmək istismarının qarşısını almağa imkan verməyən əsas problem Aİ-nin müxtəlif ölkələrində əmək qanunvericiliyinin müxtəlif olmasıdır. FRA-nın mətbuat katibi Blanka Tapia ironiya ilə deyir: “Məsələn, Polşada siz toyuqların saxlanma şəraitini yoxlaya bilərsiniz, amma fəhlələrin yox”.

Rəyi soruşulan hər beş nəfərdən biri belə problemlə qarşılaşıb. Məsələn, Britaniyada litvalı fəhlələr fermada çox pis, antisanitariya şəraitində yaşayırlar. Onların çoxu ilə kontrakt bağlanmayıb, ya da bu fəhlələr onlara sərf etməyən şərtlərlə kontrakt imzalamalı olublar: “İşəgötürənlər muzdlu əməkdaşların yerli dili bilməməsindən istifadə edirlər. İstismarçılar əslində məsuliyyətə cəlb olunmurlar, zərərçəkənlər isə kompensasiya almırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm