• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ-ın Türkiyə ilə bağlı ikinci "çuval"ı da yırtıldı

  • Dünya
  • 4 İyun 2015 08:09
  • 898 Baxış
ABŞ-ın Türkiyə ilə bağlı ikinci "çuval"ı da yırtıldı

Türkiyənin “Takvim” qəzetı ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) keçmiş direktoru David Petraeusun Türkiyə ilə bağlı şok bir planından bəhs edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə ikinci bir “çuval” biabırçılığından son anda xilas olub.

Qəzetin köşə yazarı Ergün Dilerin adını açıqlamadığı və “sirli adam” adlandırdığı bir şəxs bildirib ki, Ankaranın İŞİD-lə əlaqələrinin olduğu barədə iddiaların arxasında məhz Vaşinqton dayanır: “2014-cü il sentyabrın 13-də İŞİD Kobaniyə hücum etdi. Eyni gün HDP-nin həmsədri Səlahəddin Demirtaşa Vaşinqtondan dəvət gəlib. İŞİD Kobanini ələ keçirdikdən bir neçə gün sonra Demirtaş ABŞ-a gedib. Demirtaş Türkiyəyə qayıtdıqdan sonra, Türkiyə hökumətinin İŞİD-ə silah göndərdiyini və həmin silahlarla kürdləri öldürdüyünü bildirib”.

“Sirli adam”ın söylədiyinə görə, Türkiyə Süleyman Şah Türbəsini köçürmək məcburiyyətində qalıb, əks halda ikinci bir “Çuval hadisəsi” baş verəcək və Türkiyə ordusu Suriyaya hərbi müdaxilə etməli olacaqdı:

“Petraeusun rəhbərlik etdiyi bölük Suriya əsgərlərinin geyimində Süleyman Şah Türbəsinə hücum edəcəkdilər. Bu hadisədən sonra Türkiyənin döyüşə girməsi qaçılmaz olacaqdı. Ancaq Petraeusun bu əməliyyatı barədə informasiya sızdırıldı. Türk tərəfi tələni gördü və geri çəkildi. Petraeus bunu öyrənəndə dəli oldu. İnformasiyanı sızdıran adamı tapmaq üçün bir neçə şübhəlini öldürdü. Türk casusun edam edilib-edilmədiyini bilmirəm. Amma əməliyyat barədə informasiyanı sızdıran bir türk idi”.

Qeyd edək ki, 4 iyul 2003-cü ildə İraqın Süleymaniyyə şəhərində Amerika əsgərləri Türkiyə Xüsusi Qüvvələr Komandanlığına bağlı 11 zabitin olduğu qərargaha basqın edib və orada olan türk əsgərlərinin başına çuval keçirərək nəzarət altına alıb. Türk əsgərləri paytaxt Bağdadda 60 saat sorgu-sual edilib. Sonradan “Çuval hadisəsi” kimi məşhurlaşan bu hadisəyə görə, ABŞ Türkiyədən üzr istəsə də, hadisə Türkiyədə çox sərt etirazlara səbəb olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR