Ukraynada səfərbərlik elan olundu
Bizi izləyin

Dünya

Ukraynada səfərbərlik elan olundu

Ukraynanın “Sağ sektor” təşkilatı Donbas hövzəsində döyüşlərin bərpa olunması ilə əlaqədar səfərbərlik elan edib.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “Sağ sektor”un nümayəndəsi Andrey Stempiski bildirib.

Donbas vilayətinin Marinka şəhəri uğrunda döyüşlər 3 iyun tarixində səhər saatlarında başlayıb və 4 iyunun səhər saatlarına kimi davam edib. Hər iki tərəfdən itkilərin olduğu bildirilir. Rəsmi Kiyev 80 separatçının öldürüldüyünü açıqlayıb.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı xüsusi monitorinq missiyası Marinka ətrafındakı vəziyyət haqqında hesabat dərc edib. Hesabatda bildirilir ki, monitorinq missiyası iyunun 2-də axşam saatlarından başlayaraq Donetsk şəhərindən (separatçıların nəzarətindədir) Marinka istiqamətinə hərbi yük maşınları, BMP-lər, tanklar və 122 millimetrlik kalibrli topların olduğu hərbi kolonun hərəkətini müşahidə ediblər. ATƏT müşahidəçiləri bildiriblər ki, reaktiv yaylım atəş sistemləri ilə atəşkəsi pozan tərəf məhz separatçılar olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm