Ukraynada İŞİD-in “yükboşaltma bazası” aşkarlandı
Bizi izləyin

Dünya

Ukraynada İŞİD-in “yükboşaltma bazası” aşkarlandı

Ukrayna Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının döyüşçülərinin Suriya və İraqa, həmçinin bu ölkələrdən Ukrayna və Türkiyə vasitəsilə Avropa ölkələrinə hərəkət marşrutunu kəsib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin sədrinin məsləhətçisi Markiyan Lubkivski “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, İŞİD terror təşkilatı Ukraynadakı siyasi vəziyyətdən istifadə edərək ölkəni özlərinin “yükboşaltma bazası” kimi istifadə etməyə çalışırdılar.

“Ancaq buna müvəffəq olmadılar. İyunun 3-də Ukraynanın Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə növbəti yükboşaltma bazası aşkar edib. Bazadan İŞİD üzvlərinin müvəqqəti gizlədilməsi üçün istifadə olunurdu. Əməliyyat zamanı Rusiyanın 2, Özbəkistan, Tacikistan və Qazaxıstanın isə hərəsinin bir vətəndaşı saxlanılıb”, - Lubkivski deyib.

Saxlanılan şəxslərin ölkələrinə göndərilməsi haqqında qərar qəbul edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm