Kiyev qapılarını NATO-nun üzünə açdı - QANUN
Bizi izləyin

Dünya

Kiyev qapılarını NATO-nun üzünə açdı - QANUN

Ukraynanın Ali Radası “Xarici ölkələrin silahlı qüvvələrinin Ukrayna ərazisinə yerləşdirilməsi” haqqında qanuna edilən dəyişikliyi qəbul edib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, dəyişiklikləri iclasda iştirak edən 327 deputatdan 240-ı dəstəkləyib.

Qanunla BMT və Avropa Birliyinin sülhməramlılarının Ukraynanın ərazisinə daxil olmasına icazə verilir. Sənədin izahedici qeydində bildirilir ki, qanunun reallaşdırılması sülh və təhlükəsizliyin saxlanılması üçün Ukraynanın ərazisində beynəlxalq əməliyyatların həyata keçirilməsinə imkan verəcək.

Qanunla qeyd olunur ki, Ukraynaya qarşı silahlı təcavüz edən, onun müstəqilliyi və ərazi bütövlüyünü tanımayan dövlətlərin hərbçilərinin Ukraynanın ərazisinə girişi qadağan edilir. Ukraynanın ərazisinə başqa dövlətlərin hərbçilərinin girişi müvəqqətilik əsasında müəyyən edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm