Doğanın dövlət çevrilişi planının üstü açıldı – ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Doğanın dövlət çevrilişi planının üstü açıldı – ŞOK FAKTLAR

“Paralel dövlət”lə əl-ələ verən iş adamı Aydın Doğan və onun rəhbərlik etdiyi “Doğan Holdinq” şirkətlər qrupu növbəti dəfə Türkiyə dövlətinə qarşı təxribata yol verdi.

Aydın Doğan ABŞ-la necə ittifaq yaradıb...

Bu dəfə o, əmrində olduğu ABŞ-ın Pensilvaniya ştatının göstərişlərini icra etmək və Türkiyə hökumətinə qəfil hücum etmək üçün dövlət sirri hesab olunan “Nüvə hesabatı” məxfi sənədini yayımlayıb. Təbii ki, Aydın Doğanın patronu olduğu media orqanlarının bu məxfi sənədi yayması Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hökumətdə təmsil olunan əksər tanınmış şəxslər “Doğan Holdinq” şirkətlər qrupuna daxil olan KİV-lərin bu hesabatı yaydığına görə məsuliyyətə cəlb olunmasını və bunun kökündə xarici dövlətlərin dayandığını bəyan etdilər.

Ən nəhayət, indi Aydın Doğan mediası AKP hökumətini devirmək üçün ABŞ-ın Pensilvaniya ştatında oturan Camaat lideri Fətullah Gülən və Türkiyənin əsas müxalifət partiya liderləri ilə ittifaq yaradıb. Hətta, bu ittifaqın yaradılması barədə Doğan mediası “manşet” xəbərlər də yaymaqda davam edir. Beləliklə, indiyədək özünü “tərəfsiz” olaraq tanıdan Aydın Doğanın “tərəfsiz” ifadələri havada qaldı.

“Hürriyyət”in manşet yazısı Türkiyəyə necə ziyan vurdu?

Son vaxtlar Türkiyənin indiki iqtidarına, xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğana müharibə elan edən “Paralel dövlət” himayədarları bu ölkənin ən məxfi sənədlərini belə öz nəzarətləri altında saxladıqları jurnalistlər vasitəsilə ictimaiyyətə yaydılar. Sözsüz ki, məxfi sənədləri yayan media orqanları arasında Aydın Doğanın nəzarətində olan “Hürriyyət” qəzeti daha çox “fəallıq” göstərir. Bu qəzetin üzdəniraq fəaliyyəti nəticəsində indiyədək Türkiyə dövlətinə hərtərəfli ziyan dəyib. Bunu konkret misallarla da göstərmək olar.

Misal üçün, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAGATE) hazırladığı hesabatda “Türkiyə hökuməti nüvə enerjisi üçün sərf olunacaq yanacağın və tullantıların harada saxlanılacağı ilə bağlı hazırladığın milli strategiyanı hələ ki, tamamlamayıb” ifadələri yer alır. Bu hesabat bir qədər sonra “Hürriyyət” qəzetinin Vaşinqton təmsilçisi Tolga Tanışa ötürülür və daha sonra həmin sənəd qəzetdə “Sirli hesabat” başlığı ilə yayımlanır. Eyni zamanda məqalədə “Türkiyə nüvə stansiyası inşa etməyə hazır deyil” fikirləri yaradılır. Əslində isə, bu məxfi hesabatın mediada dərc olunmasında məqsəd başqa idi. Çünki nüvə stansiyasını Rusiyadan olan mütəxəssislər hazırlayırdı. ABŞ isə həm Türkiyənin nüvə stansiyası tikməsindən, həm də bunu rusların inşa etməsindən çox narahat idi. Ona görə də Qərb bu layihəni gözdən salmağa çalışırdı.

Aydın Doğan islamçı hökumətə qarşı...

Ankarada yerləşən Respublika Prokurorluğunun Konstitusiyaya Qarşı İşlənən Cinayətlər üzrə İstintaq Bürosunun prokuroru Aytəkin Cenikli tərəfindən 28 fevral işinin media hissəsi ilə bağlı istintaq başladıldığı ortaya çıxıb.

Həmin məsələdə Aydın Doğanın 28 fevral dövrünə aid “Yayım orqanları vasitəsilə islamçı hökumətə qarşı müharibəni mən başlatdım” ifadələri yer alır. Sözügedən istintaqa Aydın Doğanla bərabər, digər keçmiş media patronları Dinç Bilgin və Erol Aksoy barəsində də məsələ daxil edilir....

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm