Avtomobildə yaddan çıxan körpə dünyasını dəyişdi
Bizi izləyin

Dünya

Avtomobildə yaddan çıxan körpə dünyasını dəyişdi

ABŞ-ın Florida ştatında anasının 8 saat ərzində avtomobildə unutduğu 18 aylıq körpə dünyasını dəyişib.

Publika.az İngiltərənin “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, ibtidai məktəb müəlliməsi olan 38 yaşındakı Jamie Bukley dünən yerli vaxtla saat 7:30-da məktəb binasına daxil olub, 18 aylıq körpəsini isə avtomobilində unudub.

Bukley günortadan sonra saat 3:15-də geri qayıdanda qızını körpə kreslosunda ölmüş vəziyyətdə tapıb. Ölüm səbəbinin yüksək temperatur olduğu deyilir. Hadisənin baş verdiyi gün şəhərdə tempuratur səhər saatlarında 21 dərəcə olub.

Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.

Məlumata görə, ABŞ-da ötən il 30 uşaq avtomobillərin içində qalaraq yüksək tempuraturdan dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm