İranın Suriya sürprizi
Bizi izləyin

Dünya

İranın Suriya sürprizi

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasim Süleymaninin “qarşıdakı günlərdəki sürprizimizə bütün dünya heyrətlənəcək” təhdidinin arxasında nəyin dayandığı məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Livanın “The Daily Star” qəzeti İranın Suriyaya 15 min döyüşçü göndərdiyini yazıb.

Livan nəşrinin yazdığına görə, İran, İraq və Əfqanıstandan toplanılan döyüşçülər Aralıq dənizi sahilindəki Lazikiye şəhərində yerləşdirilib. Şiə döyüşçülərinin qarşısında duran əsas vəzifə İdlib vilayətində itirilən əraziləri geri qaytarmaqdır.

Xəbərə görə, Kasım Süleymani də əməliyyatları döyüş meydanından izləmək üçün Lazikiye şəhərinə gedib. Qəzet yazır ki, Süleymaninin plaşlaşdırdığı əməliyyat Suriya prezidenti Bəşər Əsədin dəstəyini qazanmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm