• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Snoudenin Argentina prezidenti ilə məxfi görüşü üzə çıxdı

  • Dünya
  • 5 İyun 2015 10:54
  • 270 Baxış
Snoudenin Argentina prezidenti ilə məxfi görüşü üzə çıxdı

Argentina prezidenti Kristina Kirşnerin aprel ayında Moskvaya səfəri zamanı ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenlə görüşdüyü ortaya çıxıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Snoudenin vəkillərindən biri Entoni Romero bildirib.

Romeronun sözlərinə görə, görüş iki saat davam edib. Snouden Argentina siyasətçilərinin ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənilməsi barədə informasiyanı həmsöhbətinə çatdırıb. ABŞ-ın sabiq kəşfiyyatçısı 2006-2011-ci illərdə Böyük Britaniyanın tapşırığı ilə Argentina və Britaniya arasında mübahisəli olan Folklend adaları haqqında məlumatları topladığını etiraf edib.

“Reuters” qeyd edir ki, Romeronun açıqlaması Argentina tərəfindən təsdiqlənməyib. Argentina baş nazirinin mətbuat katibi belə bir görüş haqqında informasiyanın olmadığını bildirib. Kirşnerin mətbuat xidməti və Argentina Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq mümkün olmayıb.

Kristina Kirşner 2015-ci ili aprelin 21-dən 23-dək Rusiyada rəsmi səfərdə olub. Rəsmi məlumatlara görə, səfər zamanı iqtisadi mövzular müzakirə olunub.

Qeyd edək ki, Edvard Snouden dünya liderlərinin ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənilməsi ilə bağlı 200 mindən çox məxfi sənədi mətbuata ötürüb. O, 2013-cü ilin iyununda barəsində həbs qərarı veriləndən sonra Moskvaya köçüb və 30 iyunda siyasi sığınacaq üçün rəsmən müraciət edib. Sabiq kəşfiyyatçıya üç il müddətində Rusiyada yaşamaq hüququ verilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR