Amerikalı ermənilər Suriyada kimə qarşı döyüşür - Fotofakt
Bizi izləyin

Dünya

Amerikalı ermənilər Suriyada kimə qarşı döyüşür - Fotofakt

Amerikalı ermənilər Suriyada kimə qarşı döyüşür - Fotofakt



Suriyada dünyanın bir çox yerindən gələn döyüşçülərin içində amerikalılar da var imiş.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Suriyada savaşdıqları iddia edilən iki amerikalı şəxsə aid görüntülər yayılıb. Vaşinqtonda fəaliyyət göstərən Orta Şərq Media Araşdırmaları Mərkəzinin (MEMRİ) ortaya çıxartdığı görüntülərdə Amerikanın kənar məhəllələrində doğulub böyüdüyü deyilən iki amerikalı Los-Ancelsdən gəldiklərini və müxaliflərə qarşı Əsəd cəbhəsində vuruşduqlarını deyirlər. Lakin adlarını açıqlamırlar, bir-birilərinə də “Vino” və “Creeper” ləqəbi ilə müraciət edirlər. Onlar bir divarın arxasında gizlənib əllərindəki AK-47 Kalaşnikov avtomatı ilə atəş açarkən çəkdikləri videonu sosial şəbəkələrdə paylaşıblar. Həmçinin müxalifləri də təhdid ediblər.

Videoda “Vino” əlində avtomatı ilə kameraya tərəf dönür və “Suriyadayıq, bura Suriyadır dostum. Ən ön cəbhədəyik və savaşırıq” deyir. “Creeper” sosial şəbəkədə özünü Los-Anceles küçələrində fəaliyyət göstərən Meksika mafiyasının üzvü, “Vino” isə erməni küçə mafiyaları ilə bağlantısı olan şəxs kimi təqdim ediblər.

MEMRİ-nin eksperti Rafel Green bildirib ki, Əsəd tərəfindən döyüşən bu şəxslər Obamanı düşmən gözündə görürlər. O, istisna etmir ki, görüntülər pul qarşılığında çəkilərək yayılıb.“Görüntülərin kim tərəfindən və həqiqətən də Suriyada çəkildiyini müəyyən etmək mümkün deyil. Amma həmin şəxslərin “Feysbuk” hesablarına diqqət yetirdikdə onların bir ildən artıqdır ki, Suriyada olduğu görünür”-deyə MEMRİ ekspert qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm