Nemtsovun qətlində məxfi şahidin olduğu ortaya çıxdı
Bizi izləyin

Dünya

Nemtsovun qətlində məxfi şahidin olduğu ortaya çıxdı

Rusiya müxalifətçisi Boris Nemtsovun işində məxfi şahid var.

Publika.az xəbər verir ki, bu barədə “Rosbalt” agentliyi vəziyyətlə tanış şəxsə istinadən bildirib.

Agentliyin məlumatına görə, məxfi şahid hələ martın əvvəlində xüsusi xidmət orqanlarının əlinə düşüb və bildiklərinin hamısını danışıb. Mənbə qeyd edib ki, şahid cinayətin mümkün iştirakçıları haqqında informasiyalara malikdir.

Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üzərində qətlə yetirilib. Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb.

Zaur Dadayev və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Cinayət işində əsas fiqur Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin daxili qoşunlarının “Şimal” batalyonun komandirinin sabiq-müavini Zaur Dadayev hesab olunur. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm