• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD üzvü “selfie” çəkdi, ABŞ bombaladı

  • Dünya
  • 5 İyun 2015 14:41
  • 564 Baxış
İŞİD üzvü “selfie” çəkdi, ABŞ bombaladı

İŞİD terror təşkilatının üzvlərinin çəkdiyi “selfie” ABŞ üçün kəşfiyyat xarakterli informasiya olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Sakit okeanı üzrə komandiri Herbert Havk Karlisle sosial şəbəkədə paylaşılan “selfie”nin köməyi ilə İŞİD-in əhəmiyyətli bir mərkəzinin vurulduğunu açıqlayıb.

“Bir İŞİD üzvü sosial şəbəkədə fotoşəkilini paylaşdı. O, İŞİD-ə aid bir mərkəzin qarşısında dayanırdı. Florida ştatındakı bazamızın əsgərləri “selfie”dən istifadə edərək təşkilata aid mərkəzin yerini müəyyənləşdiriblər və sonrakı 22 saat ərzində hərbi təyyarələrimiz oranı yerlə bir etdi”, - amerikalı komandir deyib.

O, İŞİD-ə qarşı indiyə qədər 4200 hava əməliyyatının həyata keçirildiyini söyləyib.

ABŞ-ın İŞİD-ə qarşı əməliyyatların koordinatoru olan Con Allen isə 2 gün əvvəl Qətərdə verdiyi bir bəyanatında terror təşkilatı ilə mübarizənin 10 il və ya daha çox davam edəcəyini bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR