Separatçı liderdən qaçış “fərmanı” - Geri çəkilin
Bizi izləyin

Dünya

Separatçı liderdən qaçış “fərmanı” - Geri çəkilin

“Donetsk Xalq Respublikası” separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko “respublika qoşunları”nın geri çəkilməsi barədə “fərman” verməyə məcbur olub.

Publika.az xəbər verir ki, bu barədə şəxsi mənbələrinə istinadən “62.ua” saytı bildirib.

Məlumata görə, separatçıların geri çəkilməsinin səbəbi 3 iyunda Marinka şəhəri yaxınlığında gedən döyüşlərdə şəxsi heyət və hərbi texnikanın böyük itkiləridir.

Qeyd edək ki, dünən Ukrayna Prezident Administrasiyasının anti-terror məsələləri üzrə sözçüsü Andrey Lısenko separatçıların itkilərini açıqlayıb. Onun sözlərinə görə, döyüşlərdə təxminən 80 separatçı öldürülüb, 100-dən çoxu yaralanıb. Lısenko rəqibin zirehli texnikasının 10-nun məhv edildiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm