• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dünyanı düşündürən suala cavab: “Putin bu masada bir daha oturmayacaq”

  • Dünya
  • 5 İyun 2015 17:37
  • 609 Baxış
Dünyanı düşündürən suala cavab: “Putin bu masada bir daha oturmayacaq”

Rusiya prezidenti Vladimir Putinin G7-nin (“Böyük yeddilik”) növbəti sammitinə qatılıb-qatılmayacağı barədə müzakirələrə Kanadanın baş naziri Stiven Harper son qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir Rusiya prezidentinin Almaniyada bu həftəsonu keçiriləcək G7 sammitinə qatıla bilməyəcəyini söyləyib.

“Kanada Putin iqtidarda olduğu müddətdə Rusiyanın G7-yə qatılmasına qəti şəkildə qarşıdır. Putin G7-nin liderlər masasına otura bilməz. Putin bu masada əsla bir daha otura bilməyəcək”, - Stiven Harper bildirib.

Rusiyanın G7-də iştirak haqqını Ukrayna böhranından xeyli əvvəl itirdiyini deyən baş nazir Rusiyanın bombardmançı təyyarələrinin Şimali Amerikanın hava məkanında uçuşlarını artırdığını xatırladıb.

Baş nazir ötən il G20-nin Avstraliyada keçirilən toplantısında Putinin əlini yalnız “Ukraynadan çıxın” demək üçün sıxdığını söyləyib. “Bu, Rusiyanın tipik xarici siyasətidir. Fikrimcə, onlarla hansısa dialoqa girməyin bir mənası yoxdur”, - Harper əlavə edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR