Qorbaçovu Rusiyada “xarici agent” elan etdilər
Bizi izləyin

Dünya

Qorbaçovu Rusiyada “xarici agent” elan etdilər

Rusiya Federasiyasının İctimai Palatasının üzvü Georgi Fyodorov SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun rəhbəri olduğu “Qorbaçov Fondu”nun “xarici agentlər” haqqında qanunla yoxlanılması xahişi ilə Ədliyyə Nazirliyinə sorğu göndərib.

Publika.az “Russkaya Planeta” nəşrinə istinadən xəbər verir ki, Fyodorov “Qorbaçov Fondu”nun ABŞ-ın San-Fransisko şəhərində qərargahı olan beynəlxalq qeyri-hökumət təşkilatı olduğunu iddia edib.

Fyodorov həmçinin vurğulayıb ki, Qorbaçov Sovet İttifaqının dağılmasına görə məsuliyyət daşıyır. “Fikrimcə, fond tamamilə xarici agentlərin statusuna malik olan təşkilatlar haqqında qanunvericiliyin tələbləri altına düşür. Ancaq müvafiq reyestrdə fondun adı yoxdur”, - o bildirib.

Ancaq “Qorbaçov Fondu”nun mətbuat xidmətinin rəhbəri Pavel Palajçenko Georgi Fyodorov tərəfindən səsləndirilən iddiaları rədd edib: “Fond San-Fransiskoda qərargaha malik deyil və xaricdən maliyyə vəsaiti almır. Fond Rusiya qanunvericiliyinə hörmət edir”.

"Qorbaçov Fondu” 1991-ci ilin dekabrında SSRİ prezidenti Mixail Qorbaçov tərəfindən yaradılıb və 1992-ci ildə fəaliyyətə başlayıb. Fond yenidənqurmanın tarixinin tədqiqatları, Rusiya və dünya üçün aktual məsələlərlə məşğul olur. Rəsmi məlumatlara görə, fond qrantlar, həmçinin vətəndaşlar, şirkətlər və müxtəlif təşkilatların ianələri hesabına maliyyələşdirilir.

May ayının sonunda “Qorbaçov Fondu” Vətəndaş Təşəbbüsləri Komitəsi ilə birgə hazırladığı “1985-2015: müasir Rusiyanın kontekstində yenidənqurmanın dəyərləri” adlı məruzəni açıqlayıb. Rusiya cəmiyyətində yeni yenidənqurmaya çağırışın yer aldığı məruzədə Rusiyanın hazırkı rəhbərliyinin idarəetmə metodları tənqid olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm