Türkiyədə mitinqdə partlayış: ölən və yaralananlar var - VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyədə mitinqdə partlayış: ölən və yaralananlar var - VİDEO/FOTOLAR

Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində partlayış olub.

Publika.az-ın məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb. Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, bu partlayışları hər kim həyata keçiribsə, cavab verəcək: "Transformator partlayıb, yoxsa sui-qəsddir? Bunu araşdırırıq. Nəticəni qısa müddətdə əldə edəcəyik".

Enerji və təbii sərvətlər naziri Taner Yıldız isə açıqlamasında bildirilib ki, transformator özbaşına partlamayıb, kənardan müdaxilə edilib.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində iki partlayış baş verib. Yaralılar dərhal xəstəxanalara aparılıblar. İlkin ehtimal kimi bildirilir ki, mitinq zamanı transformator partlayıb. Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.













































Oxumağa davam et
Reklam
Reklam

Gündəm