• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qaçqınlar Şərqi Avropa ölkələrində çox qalmayacaqlar

  • Dünya
  • 6 İyun 2015 02:14
  • 286 Baxış
Qaçqınlar Şərqi Avropa ölkələrində çox qalmayacaqlar

2015-ci ilin ilk dörd ayı ərzində 569 adam Çexiya Respublikasından sığınacaq istəyib. Onların əksəriyyəti Kubadan, Ukraynadan və Vyetnamdandır.

Suriya vətəndaşları dördüncü yeri tuturlar. Avropanın cənubundan Çexiyaya yüzlərlə qaçqın gəldiyinə baxmayaraq, bir qayda olaraq, bura onlar üçün son təyinat yeri deyil. Bu qaçqınlar Almaniyaya, İsveçə, Norveçə can atırlar. Onların çoxunun bu ölkələrdə qohumları yaşayır. Çox vaxt onları polis tutub geriyə, əsasən Macarıstana göndərir.

Xaricilərə dair işlər üzrə Çexiya polisi son aylarda qeyri-leqal qaçqınların sayının artdığını bildirsə də, belə hesab edir ki, hələlik bu rəqəmlər norma çərçivəsindədir. Hazırda qeyri-leqallar əsasən reys avtobusları ilə daşınır. Xarici işlər polisinin mətbuat katibi Katerjina Rendlova bildirib ki, bir yoxlama zamanı çox vaxt 10-dan 20-dək qeyri-leqal miqrant aşkar edilir. 2014-cü ildə 1156 adam Çexiyadan sığınacaq istəyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR