Baş nazir korrupsiyada ittiham olunur
Bizi izləyin

Dünya

Baş nazir korrupsiyada ittiham olunur

Rumıniyanın anti-korrupsiya prokurorları baş nazir Viktor Pontaya qarşı cinayət işi qaldırıb.

Publika.az-ın məlumatına görə, o, vergidən yayınma, şirkli pulların yuyulması və maraqların toqquşmasında şübhəli bilinir. Cümə günü sualları cavablandıran Ponta istefa verib-verməyəcəyini bildirməyib.

İttihamlar baş nazirin vəkil və parlament üzvü olduğu zamanlardan qaynaqlanır. Onun işi həm də siyasi tərəfdaşı Dan Sovayla bağlı istintaqla əlaqələndirilir. Dan Sova Ponta hakimiyyətində nəqliyyat naziri vəsifəsində çalışıb.

Bu ittihamlar Rumıniyanın DNA kimi tanınan anti-korrupsiya agentliyinin apardığı araşdırmanın tərkib hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm