Nigeriyada partlayış: 31 ölü
Bizi izləyin

Dünya

Nigeriyada partlayış: 31 ölü

Nigeriya rəsmiləri Yolada baş verən bomba partlayışı nəticəsində 30-dan çox insanın həlak olduğunu bildirib. Yola Nigeriyanın şimalında yerləşən və yaraqlı qrupu Boko Haramın fəaliyyət göstərdiyi Adamava ştatının paytaxtıdır.

Milli Fövqəladə Hallar Agentliyindən Saad Bello partlayışın cümə axşamı Cimeta marketində baş verdiyini bildirib. O anda alıcılar günün son alış-verişin edirlərmiş. O, azı 31 nəfərin öldüyünü, 38 nəfərin isə aldıqları xəsarətlərdən xəstəxanalarda müalicə olunduqlarını bildirib.

Patlayışın məsuliyyətini heç kəs üzərinə almasa da, Boko Haram daha öncə ərazidə bunabənzər hücumlar həyata keçirib.

Prezident Muhammadu Buharnin anti-Boko Haram bazasını paytaxt Abucadan İslamçı militant qrupun yarandığı Nigeriyanın şimal-şərqində yerləşən Maiduquri şəhərinə köçürəcəyini elan etməsindən sonra qrup hücumlarını artırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm