Ərdoğan azərbaycanlı qadının problemini həll edəcəyinə söz verdi
Bizi izləyin

Dünya

Ərdoğan azərbaycanlı qadının problemini həll edəcəyinə söz verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ziyarət etdiyi Ərdəhan vilayətində xalqla görüşü zamanı orada yaşayan azərbaycanlı qadının şikayətini dinləyib.

Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, Ərdoğan xalqa müraciət etdiyi tribunadan enərək qadının şikayətini dinləmək üçün ona yaxınlaşıb.

Ərdoğana şikayət edən qadın Azərbaycan vətəndaşı və əcnəbi olduğu üçün özünün və oğlunun Türkiyədə işsizlik problemi ilə üzləşdiyini bildirib.

Türkiyə Prezidenti bu problemin tez bir zamanda həll olunacağını vəd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm