Moskva prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bizi izləyin

Dünya

Moskva prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Moskva prospekti bağlı olacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Publika.az-a verilən məlumata görə, prospektin “20 Yanvar” dairəsindən “Şamaxinka” deyilən əraziyədək və əksinə, prospektin “20 Yanvar” dairəsinə düşən yan yollarında “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Rənglənmə işləri aparılan zaman həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlarla öz avtomobilləri ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm