Qaçırılan rus pilotlar sərbəst buraxıldı
Bizi izləyin

Dünya

Qaçırılan rus pilotlar sərbəst buraxıldı

Sudanın qərbindəki Darfur bölgəsində 4 ay əvvəl qaçırılan 2 rus pilot azadlığa buraxılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Sudan Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının səlahiyyətlisi Tac es-Ser Osman pilotların mayın 5-də azad olunduğunu söyləyib.

Rusiyanın Sudandakı səfiri də pilotların azadlığa buraxılması üçün heç nə verilmədiyini deyib. Pilotlar sağlamlıq vəziyyətinin yoxlanılması üçün xəstəxanaya yerləşdirilib.

BMT və Afrika Birliyinin birgə sülh gücü üçün çalışan rus pilotlar yanvarın 29-da naməlum şəxslər tərəfindən Darfurda qaçırılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm