Dünyanın ən bahalı toplantısı: dəqiqəsi 90 min
Bizi izləyin

Dünya

Dünyanın ən bahalı toplantısı: dəqiqəsi 90 min

Almaniyanın Münhen şəhəri yaxınlığındakı keçiriləcək G7 (“Böyük yeddilik”) liderlərinin sammiti tarixə ən bahalı toplantı kimi düşəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sammitin dəqiqəsi Almaniyaya 90 min avroya başa gələcək.

ABŞ, İngiltərə, Yaponiya, Almaniya, İtaliya, Kanada və Fransa liderlərinin iştirakı ilə keçiriləcək G7 sammitində 2100-ü Avstriyadan olmaqla 19 min 100 polis təhlükəsizliyi təmin edir. Sammitin təhlükəsizliyini təmin edən polislər ətrafdakı otellərdə yerləşdirilib.

G7 liderləri təxminən 24 saat bir arada olacaqlar. Sammitin bir dəqiqəsi Almaniya hökumətinə 90 min, ümumilikdə isə 130 milyon avroya başa gələcək.

Qeyd edək ki, sammit 7-8 iyun tarixlərində keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm