Dünya
Türkiyə ukraynalılara qucaq açdı
Türkiyə Ukraynada toqquşmalar nəticəsində evlərini tərk
etməyə məcbur olan qaçqınları qəbul etməyə hazırdır.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan Ərdahan vilayətinə səfəri zamanı deyib.
Ərdoğan bildirib ki, Türkiyə Ukraynadan gələn 600-dən çox ailə üçün
hər cür şərait yaradacaq. Lakin prezident ölkəsinin Ukraynanın
hansı regionundan gələn qaçqınları qəbul edəcəyini açıqlamayıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
açıqlama vermişdi ki, Rusiya Krım tatarları ilə bağlı verdiyi sözü
yerinə yetirməyib. Rusiya Ankaraya söz vermişdi ki, tatar dili
dövlət dili elan ediləcək.
Onun sözlərinə görə, Rusiya eyni zamanda söz vermişdi ki, Krım
tatarları dövlət orqanlarında da təmsil olunacaq. Bu vədlər Rusiya
prezidenti Vladimir Putinin ötən ilin dekabrın 1-də Ankaraya səfəri
zamanı verilmişdi.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."