"Cəhənnəm olsun G7, Putini sevirəm" - FOTOLAR
Bizi izləyin

Dünya

"Cəhənnəm olsun G7, Putini sevirəm" - FOTOLAR

Bu gün Almaniyanın Qarmix-Partenkirxen şəhərində Putinə görə etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, iyunun 7-də qeyd etdiyimiz şəhərdə "Böyük yeddiliy"in sammiti keçiriləcək. Yerli sakinlər isə Putinə dəstəylərini G7 əleyhinə şüarlar səsləndirməklə bildiriblər. Aksiyada 2 min insan iştirak edib. Etirazçılar "G7-lə savaş", "Cəhənnəm olsun G7, mən Putini sevirəm" kimi şüarlar səsləndiriblər. "Mən etiraz edirəm, böyük korporasiyalar siyasətə böyük təsir göstərir", "Yoxsulluq problemi həll edilmir, bu haqsızlıqdır", - kimi şüarlar da səsləndirən aksiyaçılar bununla ABŞ və Qərbi Avropa ölkələrinə etirazlarını bildiriblər.

Qeyd edək ki, "Böyük yeddiliy"in sammiti Almaniyada keçiriləcək. Sammitdə Yaxın Şərq problemi, iqlim dəyişikliyi, Şərqi Ukraynadakı durum müzakirə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm