Mitinq zamanı terror aktı törədən şəxs saxlanılıb
Bizi izləyin

Dünya

Mitinq zamanı terror aktı törədən şəxs saxlanılıb

Türkiyənin Diyarbəkir vilayətində keçirilən seçkiqabağı mitinq zamanı ardıcıl iki partlayışın törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğluya istinadən “RİA "Novosti" məlumat yayıb. Mitinq zamanı törədilən partlayışlar nəticəsində iki nəfər ölüb, 150-dən çox insan yaralanıb.

"Dünən gecə yarısı mənə məlumat verildi ki, cümə günü Diyarbəkirdə törədilən iki terror aktının təşkilində şübhəli bilinən şəxslərdən biri saxlanılıb. İstintaq sirri olaraq, onun adını və digər detalları açıqlaya bilmərəm, lakin onun partlayışın törədilməsində iştirak etdiyini düşünməyə tutarlı əsaslar var", - deyə baş nazir parlament seçkiləri zamanı seçki məntəqələrindən birində deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm