• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ramzan Kadırovun qabırğasını sındırdılar - VİDEO

  • Dünya
  • 8 İyun 2015 01:41
  • 1 849 Baxış
Ramzan Kadırovun qabırğasını sındırdılar - VİDEO

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun qabırğası boks məşqi zamanı sınıb.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, prezident bu barədə “Instagram” səhifəsində yazıb.

Hadisə boksçular Arbi Madayev və İznaurom Musayevlə Kadırovun məşqi zamanı baş verib. “Zərbələr o qədər yaxşı və dəqiq idi ki, dördüncü qabırğam iki yerdənsındı”, - Kadırov qeyd edib.

Lakin o, zərbənin məhz hansı boksçu tərəfindən endirildiyini dəqiqləşdirməyib.

Çeçenistan prezidentinin mətbuat katibi Alvi Kərimov bildiribki, Kadırov qabırğa sınığına görə xəstəxanada yatmayacaq. “O, adi rejimdə işləyir. Təbii ki, narahatlıq var, amma prezidentin iş qrafikidəyişdirilməyib”, - mətbuat xidmətinin rəhbəri deyib.

Qeyd edək ki, Ramzan Kadırov 2007-ci ildən Çeçenistan Respublikasına başçılıq edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR