Yəhudiləri və islamı xoşlamayan Avropa ölkələri - ARAŞDIRMA
Bizi izləyin

Dünya

Yəhudiləri və islamı xoşlamayan Avropa ölkələri - ARAŞDIRMA

Avropa ölkələri arasında azlıqlar və islam dini haqqında ən mənfi düşüncə İtaliya və Polşadadır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticə ABŞ-ın “Pew Research Center” şirkətinin apardığı araşdırmada ortaya çıxıb.

Araşdırmaya görə, italyanların 61 faizi islam din haqqında mənfi düşüncədədir. İtaliyanı Polşa (56 faiz), İspaniya (42 faiz) və 24 faizlə Almaniya ilə Fransa təqib edir. İngiltərədə isə islama mənfi münasibət bəsləyənlər 19 faiz təşkil edir.

Araşdırmada Avropa ölkələrinin yəhudilərə münasibəti də yer alıb. Yəhudilərə qarşı ən mənfi münasibət 28 faizlə Polşadadır. Onu 21 faizlə İtaliya izləyir. Almanların 9, ingilis və fransızların isə 7 faizi yəhudiləri xoşlamır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm