
Türkiyə Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili və Konstitusiya Komissiyasının sədri Burhan Kuzu parlament seçkilərinin nəticələrini qiymətləndirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, BBC-nin türk xidmətinə danışan millət vəkili nəticələrin AKP üçün pis olduğunu bildirib.
“Bu nəticələri haqq etmədik. Millətə xidmətdən başqa bir şey etmədik”, - AKP-li deyib.
Türkiyənin uzunmüddətli koalisyon hökumətlərlə xaosa daxil olacağını deyən Kuzu növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu bildirib.
Onun sözlərinə görə, parlament seçkilərinin hazırkı nəticələri parlament sisteminin zəifliklərini göstərir.
Ömər Dağlı