Paytaxt bombalandı: 44 ölü
Bizi izləyin

Dünya

Paytaxt bombalandı: 44 ölü

Səüdiyyə Ərəbistanı başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin Sana şəhərində üsyançı husilərə loyallıq göstərən hərbi hissənin qərargahına hava zərbəsi endirib.

Publika.az-ın məlumatına görə, Husi mənbələri reyd nəticəsində azı 44 nəfərin həlak olduğunu bildirib. 100-dən çox adam, o cümlədən, qadınlar və uşaqlar yaralanıb.

Bundan əvvəl verilən xəbərlərdə hava reydindən zərərçəkənlərin əksəriyyətinin şənbə günündən maaş verilməsini gözləyən hərbiçilərin olduğu bildirilmişdi.

Bu arada BMT münaqişənin nizamlanması məqsədilə Yəmən hökümətilə şiə üsyançı husilər arasında danışıqların Cenevrədə iyunun 14-də keçiriləcəyini xəbər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm