Gözündən 3 santimetrlik qurd çıxdı – FOTOLAR
Bizi izləyin

Dünya

Gözündən 3 santimetrlik qurd çıxdı – FOTOLAR

Peruda 17 yaşlı yeniyetmə gözündə yaranmış şişlə bağlı xəstəxanaya müraciət etdikdə ortaya çıxan fakt hər kəsi təəccübləndirib.

Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, həkimlərin analizləri nəticəsində yeniyetmənin gözündə bir aydır yuva salan qurd tapılıb. Həkimlər 3 santimetr uzunluğundakı qurdu gəncin gözlərindən böyük çətinliklə çıxara biliblər.

Belə ki, onlar gəncin gözünə qurdun həssas olduğu mayeni tökərək ziyanvericini bu yolla oradan çıxarıblar. Bu olay bütün ölkədə maraqla qarşılanıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm