Bloggerin müraciəti rədd edildi
Bizi izləyin

Dünya

Bloggerin müraciəti rədd edildi

Səudiyyə Ərəbistanının ali məhkəməsi İslamı təhqir etməkdə günahlandırılan blogger Raif Bədəvinin apleyasiya müraciətini təmin etməyərək, onun 10 illik həbs və min şallaq cəzasını qüvvədə saxlayıb.

Publika.az-ın məlumatına görə, bunu Raif Bədəvinin həyat yoldaşı bildirib.

Beynəlxalq insan haqları təşkilatları və BMT-nin müraciətlərinə baxmayaraq, Raif Bədəvi bu ilin əvvəli ilk 50 şallaq cəzasını alıb.

31 yaşlı blogger 2012-ci ildə Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən kafirlikdə və internetdə ictimai debatlara yol açmış forum yaratmaqla ölkənin təhlükəsizliyini hədə altına almaqda ittiham edilib.

Liberal Səudiyyə Şəbəkəsi adlı vebsaytın həmtəsisçisi olan Raif Bədəvi 20 həftə ərzində 50 dəfə şallaq cəzası almalıdır. Lakin onun səhhətilə bağlı narathalıqlara görə ilk sonrakı şallaq cəzaları təxirə salınıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissiyası Zeyd Raad Əl-Hüseyn deyib ki, şallaq cəzası İşgəncə Əleyhinə Konvensiyaya əsasən beynəlxalq insan haqları qanunu ilə qadağan edilmiş qəddar və qeyri-insani cəzadır. Səudiyyə Ərəbistanı sazişi 1997-ci ildə imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm