Ukraynalılar Rusiyada qaçqın statusu almaq istəyir- Rəsmi iddia
Bizi izləyin

Dünya

Ukraynalılar Rusiyada qaçqın statusu almaq istəyir- Rəsmi iddia

Ukraynalılar Rusiyada qaçqın statusu almaq istəyir- Rəsmi iddia

Rusiya Federal Miqrasiya Xidmətinə müraciət edən ukraynalıların sayı hər gün 20 faiz artır.Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının konstitusiya qanunvericiliyi komitəsinin rəhbəri Andrey Klişas bildirib.

A.Klişas qeyd edib ki, Ukrayna vətəndaşlarının müraciəti qaçqın statusunun alınması ilə bağlıdır.“Qaçqının statusu almaq üçün müraciət edən Ukrayna vətəndaşlarının sayı 80 faiz artıb. Ümumilikdə isə müraciətlərin sayı hər gün 20 faiz artır. Rəsmi məlumatlara görə, 4 Martda Federal Miqrasiya Xidmətinə 3 min müraciət daxil olubsa, 5 Martda müraciətlərin sayı 5,5 min olub. Müraciətlərin çox hissəsi sadələşdirilmiş formada Rusiya vətəndaşlığının əldə edilməsi ilə bağlıdır”, - A.Klişas söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm