Türkiyənin Baş nazirliyində sənədlər yandırılır - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Türkiyənin Baş nazirliyində sənədlər yandırılır - ŞOK İDDİA

Türkiyədə “Fuat Avni” kimi tanınan “Tvitter” istifadəçisi Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərdən təkbaşına iqtidar çıxa bilməməsindən sonra bir iddia irəli sürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Fuat Avni” seçkilərin nəticələrinin məlum olmasından sonra Baş nazirlikdəki sənədlərin yandırıldığını bildirib.

“Baş nazirlikdəki sənədlərin yandırılmasına başlanılıb. Proses gecə yarısına kimi davam edib. Sənədləri məhv etsəniz də, qurtuluşunuz yoxdur. Əbəs yerə çabalamayın”, - “Fuat Avni” yazıb.

Qeyd edək ki, Türkiyədəki həbslər və hökumətin planları haqqında öncədən “Tvitter”də məlumatlar yayan "Fuat Avni"nin kimliyi gündəmin əsas mövzularındandır. Bəziləri bunun Fətullah Gülənin şəxsən özü olduğunu bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm